Günəş rəngli konfetlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 260
Səs ver:
(səs: 2)
Tərkibi:
300 q ərik qurusu
100 q badam
2 x.q. limon şirəsi (və ya 2 x.q. konyak)
 
Hazırlanması
1. Badamın üstünə qaynar su tökün, 15 dəqiqə sonra süzün. Qabığını təmizləyib salfetin üstündə qurudun.
2. 12-15 ədəd badamı saxlayıb qalanını blenderdə un halına gələnədək xırdalayın.
3. Ərik qurusunu ayrıca blenderdən keçirin, tədricən limon şirəsi və ya konyak əlavə edin.
4. Xırdalanmış ərik qurusu ilə badam ununu qarışdırın. Əllərinizi isladıb kürəciklər düzəldin, hər birinin ortasına bir diri badam qoyun. Azca yastılayın. Bu konfetləri ya kokos yonqarına, ya da badam ovuntuğuna batıra bilərsiniz.
5. Soyuducuda bir saat saxlayın.
 
Nuş olsun!
 
/Mənbə.Missiz.az/
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri