Mürəbbəli peçenye resepti

Müəllif: tek umidim sen
Şərhlər: 5
Baxılıb: 28 548
Səs ver:
(səs: 10)
Tərkibi:
Xəmir üçün:
400 qr un
200 qr kərə yağı və ya marqarin
250 qr şəkər tozu
3 yumurta
25 qr darçın

İçi üçün:
150 qr qatı mürəbbə
150 qr qoz-fındıq
50 qr şəkər pudrası

Hazırlanması:
Unu ələkdən keçirin. Yumurta sarılarını çalın. Unun ortasında çala açın, çalınmış yumurtaları, şəkər tozu, yumşaldılmış yağ, bir çimdik duz vurun. Yaxşıca qarışdırın, darçın əlavə edin. Əlüstü yoğurub 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra yayın, yumru dairələr kəsin. Bir qədəh götürün, altı ilə hərəsinin ortasına basıb çuxur düzəldin. Peçenyenin üzərinə xırdalanmış qoz-fındıq səpin, ortasındakı çalaya isə qatı mürəbbə qoyun (axmasın deyə çox qoymayın). 220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Peçenye sinidə soyumalıdır. Soyumamış çıxarsanız, ovulub töküləcək. Üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
(səs: 10)
Şərhlər: 5
Baxılıb: 28 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri