Qum kimi peçenya resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 11 004
Səs ver:
(səs: 4)
Tərkibi:
250-300 qr un
200 qr kərə yağı (duzsuz və otaq temperaturunda olan)
100 qr şəkər tozu
2 ədəd yumurta sarısı (+1 yumurta sarısı xəmirin yağlanması üçün)
1 çimdik duz
küncüt

Hazırlanması:
1. İnqredientlər hazırlanır.


2. Boşqaba un və duz ələkdən keçirilərək əlavə edilir. Ardınca oraya yağ və şəkər tozu əlavə edilib əlnən qarışdırılır.


3. Nəticədə şəkildəki kimi məhlul əmələ gəlir.


4. Yumurta sarıları əlavə edilərək son dəfə qarışdırılır. Alınan xəmirdən kündə düzəldilir, üzərini qida torbası salınaraq 1 saatlıq soyuducuya yerləşdirilir.


5. Bir saatdan sonra, xəmir kündəsi soyuducudan çıxarılır və 15 dəqiqə saxlanılır. Kündədən qalınlığı 3-4 mm ölçüsü olan xəmir yoğurulur və istədiyiniz formada kəsilir. Formalarda kəsilmiş xəmirlər yağlı tavaya düzülür və üzərinə yumurta sarısı çəkilir (yumurta sarısını həmçinin 1 x/q su ilə də qarışdırmaq olar). Sonra zövqə görə üzərinə küncüt və ya şəkər tozu səpilərək, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir.
Üzünün nə dərəcədə qızarmasından bişmə dərəcəsini təyin etmək olar.


6. Və budur, bişən peçenyaları boşqaba əlavə edib soyumasını gözləyirik.


Nuş olsun!
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 11 004
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri