Fıstıqlı əzmə resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 771
Səs ver:
(səs: 0)
Tərkibi:
15 ədəd paxlava yuxası
5 stəkan fıstıq tozu
250 qram kərə yağı

Fıstıqlı əzmə şərbəti üçün:
5 stəkan şəkər
3,5 stəkan su
1/2 ədəd limon suyu

Hazırlanması:
Şəkər tozu və su bir qazanda qatılaşana qədər qaynadılır.

Şərbət qatılaşandan sonra limon suyu da əlavə edilir, bir az qaynadılır. Bundan sonra şərbət soyumaq üçün kənara qoyulur.

Kərə yağının 100 qramı əridilir.

Paxlava yuxasının biri masanın üzərinə sərilir, üzərinə ərinmiş kərə yağı sürtülür.

1/3 stəkan fıstıq bu yuxanın üzərinə bərabər şəkildə sərilir.

Bu fıstıqlı əzmə yuxası möhkəm bir rulon halına gətirilir və siniyə qoyulur.

Geri qalan bütün yuxalar da eyni şəkildə hazırlanır və səliqə ilə siniyə düzülür. Siniyə düzüləndən sonra hamısı düzgün bir formada doğranılır.

Bundan sonra qalan kərə yağı da əridilir.

Qaynar kərə yağı dilimlənmiş yuxaların üzərinə tökülür.

Duxovka 200 dərəcəyə isidilir.

Üzərinə qaynar yağ tökülən yuxalar 200 dərəcə temperaturlu duxovkada 15 dəqiqə bişirilir.

15 dəqiqədən sonra fıstıqlı əzmə sinisi duxovkadan çıxardılır. İsti – isti üzərinə əvvəlcədən hazırlayıb soyutduğumuz şərbət bərabər şəkildə ehtiyatla tökülür.

Şirniyyatı süfrəyə verməzdən əvvəl şərbəti canına çəkməsi üçün biraz gözləmək lazımdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri