10 addıma hazırlanan göy qurşağı tortu resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 6 531
Səs ver:
(səs: 6)
Adətən yağışdan sonra günəş çıxdıqda görünən göy qurşağı bütün insanlarda, əsasəndə uşaqlarında sevincinə səbəb olur. Göz oxşayan əlvan rənglərin insanın əhvalına yüksək təsir etdiyindən yeməklərdə də rəngarəngliyə üstünlük verənlər az deyil. Əsas odur ki göz yorulmasın.

Əgər Sizdə mətbəxinizdə rəngarəngliyə üstünlük verirsinizsə, o zaman Qadınlar.biz-in təqdim etdiyi "Göy qurşağı" tortunu mütləq hazırlamalızınız. Bu tort qonağlıqlarınıza ğa rəng qatacaq və heç kəsi biganə qoymayacaq.

Tərkibi:
Xəmir üçün:

3 stəkandan bir az çox un
2 stəkan şəkər tozu
1.5 stəkan yağsız süd
1.5 çay qaşığı vanil tozu
3 ədəd yumurta
180 qr kərə yağı
3 çay qaşığı qabartma tozu
2/3 çay qaşığı duz
5 cür rəngli və 1 qara qida boyası

Krem üçün:
180 qr kərə yağı
2 stəkandan bir az çox (1/5 stəkan) şəkər kirşanı
2 çay qaşığı vanil
4 xörək qaşığı süd

Hazırlamaqsı:
Xəmir: Un və şəkər tozunu qarışdıraraq, kərə yağını xırda-xırda doğrayıb üzərinə əlavə edin. Daha sonra mikserlə yaxşıca çalın. Ardınca üzərinə yumurtaları, qabartma tozunu, vanili və südü əlavə edərək, yenidən yaxşı-yaxşı qarışdırın.

Krem: Yağı mikserlə çalararaq üzərinə şəkər kirşanı və vanil əlavə edib, yavaş-yavaş südü əlavə edin. Bütün südü əlavə etdikdən sonra qarışımı krem halına gələnə qədər qarışdırın.



1. Xəmirdən 1 çay fincanı ayırıb onu qara rənglə qarışdırın. Daha1.5 çay fincanı xəmir ayıraraq, onu 5 müxtəlif rəngə ayrı ayrı boyayıb kiçik mətbəx kisələrinə yığın. Yerdə qalan xəmirdən elə istifadə edin ki 3 ədəd biskivit üçün çatsın. 



2. Biskiviti bişirəcəyiniz formanı yağlayıb dibinə iki xörək qaşığı xəmir yaxın.



3. Bəbir naxışlı bəzəkli biskivit alınması üçün qara rəngli xəmirlə dolu kisəni iç-içə dairə şəklində biskivit xəmirinin üzərində gəzdirin. 



4. Ardınca eyni qayda ilə 5 rəngin hər birini qara zolağın üzəri ilə gəzdirin. (Rəngli zolaqlar qara zolaqların üstünü örtməlidir.)



5. Yenidən rəngli dairələrin üzərində qara xəmirlə zolağ çəkin. Son olaraq adi xəmirlə üstünü tamamilə örtün. 



6. 180 dərəcə tempraturda sobada 20-25 dəq bişirin. Bu tortun bir biskivitidir.



7. Eyni qayda ilə daha 2 bikivit hazırlayaraq bişirin. Bütün biskivitlər hazır olandan sonra üst hissələrini nazik kəsib ağ kremin 1/3 hissəsini aralarına yayaraq üst-üstə qoyun.



8. Yerdə qalan kremi 6 hissəyə ayıraraq biri qara olmaqla, rənglərlə boyayın. Kiçik mətbəx kisələrinə qoyaraq, aşağıdan yuxarıya doğru hər rəngdən iki qalın zolaq çəkərək tortun üzərini yanlardan rəngləməyə başlayın.



10.Ən sonda tortun üzərini qara rəngli kremlə bəbir naxışları ilə bəzəyib, sevdiklərinizə təqdim edə bilərsiniz.



Nuş olsun!
(səs: 6)
Şərhlər: 13
Baxılıb: 6 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri