Yeni il yolkası pirojnası resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 4 932
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

25 qr un
25 qr nişasta
75 qr şəkər
3 ədəd yumurta
1 çimdik duz
100 qr. çəkilmiş badam 
 
Bəzək üçün:
100 qr (fıstıq) fistaşka
100 qr ağ şokolad  
 
Qar dənəcikləri üçün:
1 ç/q limon şirəsi
3 x/q şəkər pudrası  
 
Hazırlanması:
İlk öncə qənnadı kağızını götürüb üzərində diametri 20 sm olan dairələr çəkirik. Çəkdiyimiz dairələri kəsib üç künc torba şəklində bükürük. Torbaları skrepka ilə bərkidib şəkildə göstərildiyi kimi stəkanın içinə qoyuruq.
Xəmir üçün yumurtaların ağını sarısından ayırırıq və ağları bir çimdik duz və şəkər ilə yaxşıca çalırıq. Sonra səliqə ilə ayırdığımız sarılar ilə qarışdırırıq.
Çəkilmiş badamı nişasta və un ilə qarışdırıb çalınmış yumurtalara əlavə edirik. Alınmış xəmir ilə hazırladığımız torbaları doldururuq.  
15-20 dəqiqə 180 C dərəcədə bişiririk.
Biskvitlər soyuyana qədər bəzyi hazırlayiriq. Ağ şokoladı benmari üsulu ilə su vannasında əridirik və fıstıqla qarışdırırıq.  
Soyumuş niskvitləri kağızdan ayırıriq. Kist vasitəsi ilə biskvitlərə ağ şokoladı çəkirik və əzilmiş fıstıqlara batırırıq.
Limon şirəsi ilə şəkər pudrasını qarışdırıb yolkamızın üzərinə tökürük. Aysinq vasitəsi ilə də etmək olar.
Aysinqin üzərinə kiçik rəngli bəzəklər də yapışdıra bilərsiniz.
Yolkanın üzərinə qalan şəkər pudrasını səpirik
 

 

 

 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri