Üzümlü kiçik tortcuqlar resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 869
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmiri üçün:

2 su stəkanı un
3 xörək qaşığı yumşaq marqarin
1 ədəd/ yumurta
Yarım su stəkanı pudra şəkəri
1 ədəd limonun rəndələnilmiş qabığı
1 paket vanil
Bir çimdik duz
Yarım su stəkanı süd
Yarım su stəkanı döyülmüş fındıq içi

Kremi üçün:
1 ədəd yumurta sarısı
2 su stəkanı süd
2 xörək qaşığı un
3 xörək qaşığı toz şəkər
1 paket vanil

Bəzəmək üçün:
250 qram təzə üzüm
Bir neçə yarpaq nanə

Hazırlanması:
Xəmiri hazırlamaq üçün fındıq və süd xaric, bütün vəsaiti qarışdırıb yoğurun və normal yumşaqlığında bir xəmir əldə edin. Əgər xəmiriniz sərt olsa içinə 2 xörək qaşığı süd qataraq yumşada bilərsiniz. Xəmiri 15 dəqiqə soyuducunda saxlayın. Daha sonra xəmiri bir soba qabına əlinizlə basdıraraq yayın. Əvvəldən isidilmiş 200 dərəcədə sobada 15 dəqiqə bişirin və soyumağa qoyun. Kremi hazırlamaq üçün, vanil xaric bütün vəsaiti bir qazanda yaxşıca qarışdırdıqdan sonra ocağa qoyun. Davamlı qarışdıraraq krem halına gələnə qədər bişirin. Ocaqdan götürdükdən sonra vanili əlavə edib qarışdırın və soyumağa qoyun. Qabdakı xəmir soyuduqdan sonra əlinizlə parçalayıb içinə fındıqları əlavə edin. Südü də əlavə edərək yumşadın. İstədiyiniz şəkildəki qəlibləri bir qaba yerləşdirib içlərinə xəmirdən bir barmaq yüksəkliyində qoyun. Soyumuş kremi də xəmirin üstünə əlavə edin. Təkrar xəmir və krem qoyaraq əməliyyatı təkrarlayın. Tortcuqların ən üstünü üzümlə bəzəyərək servis edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri