Almalı peçenya resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 945
Səs ver:
(səs: 3)
Tərkibi:
60 qr şəkər tozu
2 ədəd yumurta
100 qr kərə yağı
250 qr un
1 çimdik duz
1 ç/q qabartma tozu
1 x/q limon şirəsi
2 ədəd alma
1 paket vanilin
1 x/q şəkər pudrası

Hazırlanması:
Şəkər tozu və vanilin yumurtaya əlavə edilərək çalınır. 
Yumşaldılmış kərə yağı əlavə edilib yenidən qarışdırılır.  
Qabartma tozu, duz və ələkdən keçirdilmiş un əlavə edilərək qarışdırılır.  
Digər tərəfdə almalar təmizlənir və xırda kubiklər formasında doğranılır, üzərinə limon şirəsi səpilir.  
Doğranmış almalar xəmirlə qarışdırılır.  
Perqament kağızı sərilmiş tavanın üzərinə xörək qaşığı ilə xəmirlər yerləşdirilir. Əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada 15-20 dəqiqə bişirilir.  
Hazır peçenyalar tam soyudulur.  
Zövqə görə üzərinə şəkər pudrası səpilir. 

 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri