Keks xəmiri resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 602
Səs ver:
(səs: 4)
Hazırlanma vaxtı:  40 dəqiqə
Tərkibi:

250 qr kərə yağı və ya marqarin
2 stəkan şəkər tozu
4 ədəd yumurta
1 stəkan qatıq
2 ç/q duz
1 ç/q soda
1 x/q sirkə
2 ç/q qabartma tozu
4 stəkan un
2 x/q limon qabığı

Hazırlanması:
Ərzaqlar hazırlanır.  



Otaq temperaturunda olan marqarin şəkər tozu ilə qarışdırılır.  

 
 
Sonra növbə ilə yumurtalar əlavə edilib qarışdırılır. Bu əməliyyat növbə ilə olmalıdır, ilk olaraq bir yumurta əlavə edilir və məhlul qarışdırılır, sonra növbəti. Xəmirnən işlədikdə tələsməyə yol vermək olmaz.  

 
 
Sonra qatıq əlavə edilir və qarışdırılmadan üzərinə soda əlavə edilir.  

 
 
Sodadan sonra ölçü ilə sirkə əlavə edilir.  

 
 
Vaxt çatdı unun əlavə edilməsinə. Unun birinci stəkanı əlavə edilir ardınca isə qabartma tozu.  

 
 
Un mütləq ələkdən keçirdilib əlavə edilir və xəmir qabarıqsız, həmcins kütlə olana qədər qarışdırılır.  

 
 
Əgər evdə təzə limon olarsa, o zaman keks xəmirinin üzərinə üyüdülmüş limon qabığı əlavə edilir.  

 
 
Xəmir birdaha qarışdırılır.  

 
 
Reseptdə xəmirə heç bir ədviyyatın əlavə edilməsi barədə yazmamışıq. Təbii ki, bu zövq məsələsidir. Lakin keksin dadını dəyişmək üçün xəmirə əlavə olaraq kişmiş, vanil, muskat və ya darçın əlavə etmək olar. Vanil xəmirin rəngini dəyiməsədə dadını kifayət qədər dəyişəcək. Darçın qatıldıqda isə xəmir açıq qəhvəyi rəngə boyanır.  
Hər bir ədviyyat fərqli dada malikdir, bunun üçün onları qarışdırmaq məsləhətli sayılmır, daha yaxşı olar ki onlardan birini istifadə edəsiniz.

Reseptdə xəmirin miqdarı 2 porsiya üçün nəzərdə tutulub, əgər az miqdarda istəsəniz inqredientləri 2 dəfə azalda bilərsiniz.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 5 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri