Pasxa çörəyi (kuliç) resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 867
Səs ver:
(səs: 4)
Hazırlanma vaxtı:  1 saat 15 dəqiqə
Tərkibi:
xəmiri üçün:

1 kq un
50 qr quru maya
3/4 çay qaşığı duz
1.5 ç/q vanil
6 ədəd yumurta
2 stəkan şəkər tozu
300 qr kərə yağı
1.5 stəkan süd

içliyi üçün:
100-150 qr kişmiş
100 qr badam
limon qabığı

üzərinin bəzədilməsi üçün:
şirə (qlazur)
qənnadı səpkilər

Hazırlanması:
Pasxa çörəyi və ya kuliç – slavyanların (əsasən rusların) Pasxa bayramında bişirdikləri şirin kökədir. Kuliç sözu yunan dilindən tərcümədə "Krendel" anlamını verir. Həmçinin bu sözə yaxın olan rus dilində "Kalaç" sözü var ki – şərqi slavyanlarda dairəvi ağ çörək mənasındadır. Slavyanların ənənəsinə görə əvvəllər kuliç ildə 2-3 dəfə hazırlanardı, böyük bayramlarda. Əsasən fəsil dəyişməsi ilə əlaqəli bayramlarda (Yeni ildə, yazın əvvəllərində, payızın əvvəllərində, məhsulun çox olması ilə əlaqədar və s.).
Kuliç xəmirinin digər rulet və şirin çörəklərin xəmirlərindən əsas fərqi – hazırlayarkən daha çox mayanın əlavə olunmasıdır. Bu onunla əlaqəlidirki, kuliç xəmirinin tərkibinə çox sayda kişmiş və müxtəlif ləpələr əlavə edilir, nəticədə xəmir ağırlaşır və gec qalxır. Mayanın çox olduğu halda isə bu problem öz həllini tapır.

Xəmirin hazırlanması:
Lazım olan inqredientlər hazırlanır.  

Süd qızdırılarkan eyni zamanda maya ilə məşğul olmaq olar. Bir bankada maya, 1 x/q şəkər tozu və yarım x/q isti su qarışdırılır. Maya tam əriyənədək suda qarışdırılır. Banka isti yerə qoyulur (misal üçün yanan plitənin yanına).  

Qazana isidilmiş süd və hazırlanan maya əlavə edilərək qarışdırılır.  

Ardınca qazana ələkdən keçirdilmiş unun yarı hissəsi əlavə edilir və tam qarışdırılır (qabarıqlar olmamalıdır).  

Alınmış xəmir isti yerə qoyulur. Xəmir qalxana kimi yağ hissələrə doğranılır və tam əridilir. Eyni zamanda yumurtalar çalınır, üzərinə şəkər tozu əlavə edilir və yenidən tam qarışdırılır. Şəkər tozu ilə qarışdırılmış yumurtanın üzərinə vanilin yarısı əlavə edilir və qarışdırılır.  

Xəmir qalxdıqdan sonra alınmış yumurtalı maye xəmirin üzərinə əlavə edilir və yaxşı qarışdırılır. Ardınca maye halını alımış kərə yağı əlavə edilərək yenidən qarışdırılır.  

Yerdə qalan un hissəsi ələkdən keçirilir və tədricən kütləyə əlavə edilir. Ardınca duz və yerdə qalan vanil hissəsi əlavə edilir. Xəmir tam qarışdırılır və sonda yenidən isti yerə yerləşdirilir. 
 
Kuliçin hazırlanması:
Lazım olan məhsullar hazırlanır. Bunlar xəmir və kuliçin tərkibinə gedən badam ləpəsi, kişmiş və limon qabığıdır.  

Kişmiş soyuq su ilə yuyulur, ardınca üzərinə qaynar su tökülür və ələkdə qurudulur; badam qovrulur və iri hissələrə əzilir; limon yuyulur və qurudulur. Şişmiş xəmirin üzərinə limon qabığı əlavə olunur və xəmir yoğrulur.  

Ardınca eyni proseslər badam və kişmişlə edilir, onlar növbə ilə əlavə edilir və xəmir dərhal qarışdırılır.  
Xəmirin son dəfə özünə gəlib şişməsi üçün o yenidən isti yerə qoyulur.  
Xəmir hazır olduqda, soba 180-200°C temperaturunda qızdırılır, kuliçi hazır edəcəyimiz formalar yağlanır və 1/3 nisbətində xəmirlə doldurulur.  

Formalar qaz plitəsinin üzərinə qoyulur və xəmirin 2/3 nisbətində şişməsi gözlənilir. Xəmir bir qədər şişdikdə, formalar sobaya yerləşdirilir və 40-45 dəqiqə ərzində 180-200°C temperaturunda bişirilir. İlk 15-20 dəqiqə müddətində sobanın qapısını açmaq məsləhət deyil. Əgər kuliçin yuxarıları qızarıb lakin içərisi hələ tam hazır deyilsə, o zaman yuxarısını perqament kağızı ilə bağlamaq olar. Kuliçin hazır olması nazik çubuqla yoxlanılır.  

Xəmir bişəndən sonra soyudulur. Bu arada üzərinin bəzədilməsi üçün şirə (qlazur) hazırlanır. Bunun üçün 1 ədəd yumurtanın ağı, 1 stəkan şəkər pudrası və biraz vanil lazımdır.  

İlk öncə yumurtanın ağı mikserlə köpürdülür, sonra isə onun üzərinə, tədricən qarışdıraraq, şəkər pudrası əlavə edilir. Soyudulmuş kuliçlərə qlazur vurulur və üzərinə qənnadı səpkilər əlavə edilir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri