Pankek resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12 526
Səs ver:
(səs: 5)
Hazırlanma vaxtı:  30 dəqiqə
Tərkibi:

3 ədəd yumurta
2 stəkan un
1 stəkan süd
3 x/q şəkər tozu
1 ç/q soda
duz

Hazırlanması:
İnqredientlər hazırlanır. 
Yumurtanın ağı sarısından ayrılır. 
Yumurtanın ağına şəkər tozu əlavə edilib mikserlə çoxlu qarışdırılır. 
Yumurtanın ağı şişib qatılaşana kimi mikserlə qarışdırılır. 
Yumurtanın sarısına süd əlavə olunub mikserlə 3 dəqiqə qarışdırılır. 
Alınmış kütlələr bir-birinə qarışdırılır (silikon qaşığın köməyi ilə). 
Hazırlanan kütləyə un, soda, biraz duz əlavə olunub un həll olunana kimi asta-asta qarışdırılır.
Pankek (ing. "pancake") bişirmək üçün teflon tavadan istifadə olunur (yapışmaması üçün). Tava qızdırılır. Qaşıqla kütlədən isinmiş tavaya qoyulur. 
Hər iki tərəfi yaxşı qızardılır. 
Pankek hazır olduqda soyuması üçün pergament kağızı və ya salfetin üzərinə qoyulur. Süfrəyə şokolad yağı, bal, mürəbbə ilə verilir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 12 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri