İçi doldurulmuş almalar resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 350
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  40 dəqiqə
Tərkibi:

2 ədəd iri alma
6 ədəd ərik qurusu
6 ədəd gavalı qurusu
2 x/q kişmiş
2 x/q qoz ləpəsi
3 x/q bal
6-8 x/q şəkər tozu
1/2 ədəd limon

Hazırlanması:
Almalar yarı kəsilir və çay qaşığı ilə özəyi çıxardılır. Beləliklə divarları 0,5 sm olan səbət hazırlanır.  
Meyvə quruları xırda doğranılır. Qaynar su ilə axıdılır.  
Qoz xırda doğranılır.  
Meyvə quruları kəfgirə (aşsüzən) əlavə edilir, qozla qarışdırılır və bal əlavə edilir.  
Alınan kütlə ilə alma səbətləri doldurulur.  
Almaların qaralmasının qarşısını almaq üçün onlara limon şirəsi səpilir. Üzərinə 2 x/q şəkər tozu əlavə edilir və perqament kağızı sərilmiş tavaya düzülür. Əvvəlcədən 160°C temperaturunda isidilən sobada 40 dəqiqə bişirilir. Nəticədə səbətlər formasını saxlamaqla birgə almalar bir qədər yumşalmalıdır. 
Almalar hazır olduqda üzərinə şəkərdən hazırlanan karamel vurmaq olar. 

 

 

 

 

 

 


Nuş olsun! 
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri