Banan içlikli konfet resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 880
Səs ver:
(səs: 3)
Tərkibi: 
1 qutu peçenye
1 dolu x.q. bişmiş qatılaşdırılmış süd
0.5 banan
2 x.q. xırdalanmış qoz
yarım plitka ağ şokolad
 
Hazırlanması: 
Peçenyeni blenderdə, yaxud oxlovla xırdalayın. 
Bu ovuntuğa bişmiş qatılaşdırılmış südü əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Bananı doğrayın. 
1-ci variant: peçenyeli qarışıqdan bir qədər götürüb yastılayın, ortasına banan qoyub bükün, yumrulayın. Üzərinə əridilmiş şokolad çəkib qoza batırın. 
2-ci variant: Qozu da peçenye qarışığına qatın, kütləni kolbasa formasına salıb yastılayın. Ortası boyunca doğranmış bananı düzüb kənarlarını birləşdirin, yenə hamar kolbasa formasına salın. Bıçaqla bərabər dilimlərə doğrayın. Kəsik yerlərini əridilmiş şokolada batırın. Şokoladın donması üçün bir neçə dəqiqə dondurucuda saxlayın. 

 

 

 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri