Atayev şirniyyatı resepti

Müəllif: ulduz
Şərhlər: 10
Baxılıb: 4 624
Səs ver:
(səs: 5)
Tərkibi:
xəmiri üçün:

2 su stəkanı süd
2 su stəkanı un
1 çay qaşığı quru maya
1 çay qaşığı qabartma tozu
4 yemək qaşığı şəkər
1 yumurta ağı (sarısı kremin içinə)
yarım çay stəkanı duru yağ

kremi üçün:
2 su stəkanı süd
2 yemək qaşığı un
2 yemək qaşığı tepeleme qarğıdalı nişastası
5 yemək qaşığı şəkər
1 yumurta sarısı
1 paket vanil

Bəzəmək üçün:
ləpə tozu

Hazırlanması:
Xəmir üçün lazımlı bütün ərzaqları qaba töküb  yaxşıca hamar olana qədər çırpaq. Sonra mayalı xamırımızı  bir saat qədər üzəri bağlı saxlayaq.

kremi üçün bütün ərzaqları qazana qoy və qarışdır bişir . kremi soyumağa buraxaq.
Xəmiri  dinləndikdən sonra bilincik tavasını yağlamadan çömçə köməyi ilə bilincik edər kimi xəmiri tavamıza kiçik dairələr olacaq şəkildə tökək. Ocağımızın xodunu zəif edək ki , yoxsa  altı yanar və üzəri pişməz. tək tərəfli bişirib xəmirimizi  alırıq tavadan. Narahat olmayın üzəri çiy qalmır çox gözəl pişir. Bu şəkildə bütün xəmiri bişirək.və isti ikən forma verin.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 4 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri