Karamelizə edilmiş şokoladlı portağal dilimləri resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 1764
Səs ver:
(səs: 1)
Tərkibi:
600 qr şəkər
250 qr qara şokolad
300 ml su
 
Hazırlanması:
Portağalları 5mm qalınlığında dairələrə doğrayın. Nazik doğrayanda dağılır, qalın doğradıqda isə acı olur. Tavaya suyu əlavə edib qaynadın. Qaynayan suya doğranmış portağalları əlavə edib 3-4 dəqiqə saxlayın. Sonra su töküb portağalları qurudun (beləcə acısı çıxmış olur).
300 qr suya şəkər əlavə edib tam əriyənə qədər qızdırın,  suyu qurumuş portağalları siropa yerləşdirib təxminən 1 saat qaynadın . Portağalları çıxarıb suyunu süzdükdən sonra soba nimçəsinə düzüb  100-120 C dərəcəyə qədər qızdırılmış sobada 15-20 dəqiqə quruması üçün saxlayın. Soyuduqdan sonra artıq karamelizə edilmiş portağallar hazırdır deməkdir.  Onları şirniyyatlarda istifadə edə bilərsiniz, ya da sadəcə çayla içə bilərsiniz.
Zövqə görə, şokoladı su vannasında benmari üsulu ilə əridin. Portağal diliminin yarısını ərimiş şokolada batırın və quruması üçün qənnadı kağızının üzərinə düzün. Amma əsla soyuducuya qoymayın.

 

 

 

 

 


Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri