Almalı peçenyelər resepti

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 5 664
Səs ver:
(səs: 3)
Tərkibi:
150 qram kərə yağı (otaq istiliyində yumşalmış)
1 çay (armudu) stəkanı toz şəkər
1 çay (armudu) stəkanı duru yağ
1 çay (armudu) stəkanı qatıq
1 yumurta
4 stəkana yaxın un
1 çay qaşığı qabartma tozu
1 şirin qaşığı vanil

İçlik:
4-5 ədəd alma
1,5 çay (armudu) stəkanı toz şəkər
1 şirin qaşığı darçın (zövqə görə)
1 stəkan çəkilmiş qoz

Hazırlanması:
Əvvəl iç vəsaitini hazırlayın. Almaları rəndələyin. Şəkərlə birlikdə tavada orta atəşdə, tez-tez qarışdıraraq suyunu çəkənə qədər bişirin. Ocaqdan götürdükdən sonra darçın və qozu əlavə edib qarışdırın. Soyumağa buraxın.
Yumşalmış kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə qədər çalın. Duru yağ, yumurta və qatığı sırasıyla əlavə edib çalmağa davam edin. Vəsaitlər tamamilə qarışana qədər çalın. Qabartma tozunu əlavə edin. Unu stəkan stəkan əlavə edib yumşaq bir xəmir yoğurun.
Xəmiri naringi böyüklüyündə 2 ayrı hissəyə ayırın. İkisini də ayrı-ayrı yayın. Birinin orta qisiminə içlikdən qoyun. Digər hissəni də qəfəsli kəsmə ruletiylə kəsin və səliqə ilə ortasına iç qoyduğunuz digər parçanın üzərinə bağlayın. Aralarını yüngülcə açın. İç vəsaiti ortaya gələcək şəkildə yumru qəliblə kəsin. Kvadrat qəlib də olar.
Yağlanılmamış soba nimçəsinə aralı olaraq peçenyeləri düzün.
Əvvəldən isidilmiş 170 dərəcəlik sobada yüngül çəhrayı rəng olana qədər bişirin.
Sobadan çıxartdıqdan 10 dəqiqə sonra pudra şəkəri ələyin. (Çox istiykən şəkər üzərində dərhal əriyir və daha çox şəkər səpmək məcburiyyətində qalırsınız)



Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri