Qadın ruhu piroqu resepti - FOTO RESEPT

Müəllif: ulduz
Şərhlər: 8
Baxılıb: 6 079
Səs ver:
(səs: 5)
Tərkibi:
Xəmiri üçün:

3 st un
250 qr kərə yağı
1 st (200 qr) xama
1 çay qaşığı soda

İçlik üçün:
2 st qoz və ya fındıq (İkisini qatsanız daha dalı olar)
1 st şəkər tozu
1 st kişmiş
2 yumurtanın ağı

Hazırlanması:
Üstünə 1 yumurta sarısı
Kərə yağını bıçaqla kiçik-kiçik doğrayırıq. Unu üstünə töküb iri-iri umac alınana qədər çəngəllə əzin.



Xamanın içinə 1 çay qaşığı soda töküb köpürdün. Xamanı əlavə edib xəmir yoğururuq.



Xəmir zərif, yumşaq və ələ yapışmayan olmalıdı.. İki kündə ayırıb selofan paketə qoyun.
Soyuducuya qoyun 1 saat dinlənsin.



İçliyi hazırlayaq. Yumurtanın ağını şəkərtozu ilə ağarana qədər yaxşıca çalın. Qozu blenderdən keçirin. Bir az iri qalsın ki, ağıza gəlsin. Qozu, kişmişi və yumurtanı qarışdırın.



Kündələri çıxardırıq. Unlayıb açırıq. Formanızın ölçüsündə açın. Alt listini bir az iri açın qıraqları yuxarını da tutsun.
İçliyi yaxıb ikinci kündəni də açırııq.



İkinci listi də açıb yerləşdiririk. Yumurta sarısını töküb bıçaqla forma verin.



Kəsən zaman çox dərin kəsməyin. Sadəcə iz qoyun. Listi parçalayıb, içliyi üzə çıxartsanız, bişəndə çölə çıxacaq. Qızmış sobada üstü qızaranadək bişiririk.  


Nuş olsun!
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 6 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri