Unsuz-yumurtasız şokoladlı tort resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 350
Səs ver:
(səs: 3)
Tərkibi (4-6 pay): 
360 q qoz 
60 q kakao tozu
1/4 ç.q. duz
170 x xurma

qlazur: 
60 q xurma 
60 ml bal 
120 q avokado 
30 q kakao tozu

iç və bəzək: 
1 st. təzə, yaxud dondurulmuş moruq 
120 q digər giləmeyvə 

Hazırlanması:
Xəmir: 

Qoz, duz və kakaonu blenderdə üyüdün. Un halına düşəndə çərdəksiz xurmaları əlavə edib eynicinsli kütlə alınanadək xırdalayın. Xəmiri 2 yerə bölün, qida plyonkasına büküb soyuducuya qoyun. 
Qlazur: 
Çərdəksiz xurmaları, bal və avokadonu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Kakao əlavə edib bir daha qarışdırın. 
 
Kənarı açılan formaya xəmirin birinci qatını qoyub, yaxşıca döşəyin. Şokoladlı qlazurdan bir neçə qaşıq üzərinə yayın. Giləmeyvələri əzib qarışdırın, üzərinə çəkin. Xəmirin ikinci qatını əlinizlə hamarlayıb giləmeyvənin üzərinə yerləşdirin. 
Formanın kənarlarını açın. Qlazuru tortun üzərinə və kənarına çəkin. Üzərini moruq və ya digər giləmeyvə ilə bəzəyin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri