Payız axşamı tortu resepti

Müəllif: ulduz
Şərhlər: 4
Baxılıb: 5 111
Səs ver:
(səs: 3)
Tərkibi:
Tort xəmiri üçün:
Kərə yağı — 125 q
Quru maya — 5 q
Xama — 0,5 stəkan
Bir çimdik duz
Un- 2 dolu stəkan

Tort Kremi üçün:
Süd — 250 ml
Yumurta sarısı — 1,5 ədəd.
Şokolad — 50 q
Un — 1 x.q
Şəkər — 75 q

Hazırlanması:
Maya az suda həll olunur, xamanın üzərinə tökülür və bir qədər qoyuruq qalsın. Yağ kiçik tikələrə doğranır. Unu bir qaba ələyirik duzla bir yerdə, yağ əlavə edib yaxşıca qarışdırırıq. Maya+Xama qarışığınıda əlavə edib xəmir yoğururuq. Kürə formasında xəmiri hazırlayırıq, plyonkaya büküb atırıq soyuducuya 30 dəqiqə qalır orda
Yumurta sarıları şəkərlə bir yerdə ağarana kimi çalınır. Un əlavə edib yaxşı qarışdırırıq ki, yumaqlar əmələ gəlməsin. Süd qaynar hala çatdırılır, sındırılmış şokolad tikələrini ora əlavə edirik. Şokolad tam həll olunana kimi qarışdırılır. Yumurta sarılarını şokoladlı südün içinə nazik şırnaqla tökə-tökə dayanmadan qarışdırırıq. Deməli krem qatılaşana kimi qarışdırırıq. Qoyuruq Soyumağa.
Listin içinə perqament kağız salırıq. Xəmiri listin içində onun ölçüsünə uyğun yayırıq.
Xəmirin üstünü çəngəllə deşdəkləyib, qoyuruq 200C dərəcə qızdırılmış sobaya və 10 dəq ərzində bişiririk. Bişəndən sonra Formanı sobadan çıxarırıq üzərinə nəm dəsmal örtüb qoyuruq soyumağa.
Səliqə ilə xəmiri 4 bərabər hissəyə kəsirik.
Onları hazırladırığımız kremlə kremləyib üst-üstə yığırıq.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 111
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri