Ərikli keks resepti

Müəllif: Totu
Şərhlər: 4
Baxılıb: 3 512
Səs ver:
(səs: 2)
Tərkibi:
220 qram Un
1 ədəd yumurtanın Sarısı
100 qram Şəkər
1 ədəd Limon
75 qram Marqarin ya da kərə Yağı
250 qram Doğranmış ərik
Marmalad
Yarım Çay stəkanı Süd
Az miqdarda duz

Hazırlanması:

Bir qabın içərisinə unu ələyin və ortasını açın.
Xəmirin içərisinə şəkər, yumurta sarısı, yarım limonun rəndələnmiş qabığı, yağ, süd və duzu əlavə edib yoğurun.
Xəmir yumşaq olana qədər yoğurun.
Xəmirin bir hissəsini götürüb soyuducuya qoyun və donmasını gözləyin.
qalan xəmiri isə soyuducuya qoyun. Xəmirin bir saat soyuducuda qalması vacibdir.

Marmaladı ya da doğradığınız ərikləri bir qazanın içərisinə qoyun.
Üzərinə bir miqdar su əlavə edərək qarışdırın və bişirməyə başlayın.
Qazı söndürün və soyumağa qoyun.
Soyuducuya qoyduğunuz xəmiri götürün və oxlov ilə açın, qəlibə bu xəmiri yayın.
Hazırlayıb soyutduğumuz marmalatı xəmirin üzərinə boşaldın.
Ayırdığınız digər xəmiri götürüb marmalatın üzərinə rəndələyin.

Sobanı 170 dərəcəyə qoyub isinməsini gözləyin.
Hazırladığınız ərikli turtanı isinən sobaya yerləşdirin.
Üzəri qızarana qədər bişirməyə davam edin.
Bişdikdən sonra sobadan çıxarın və soyumasını gözləyin.
Ayırdığınız xəmiri istəsəniz turtanın üzərini bəzəmək üçün də istifadə edə bilərsiniz.
Ərikli turtanızın bəzənməsi də bitdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri