Şokolad mussu ilə mandarinli jele resepti

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)
Tərkibi:
ele:

300 ml mandarin şirəsi (xırda gözlü ələkdən süzülmüş)
50-100 q şəkər tozu
1 paket vanilli şəkər
8 q jelatin

şokoladlı muss:

100 ml süd
150 q şokolad
200 ml 33%-li qaymaq
5 q jelatin
1 paket vanilli şəkər

Hazırlanması:
Jele: Jelatini mandarin şirəsində 10 dəqiqə isladın. Şəkər tozu və vanilli şəkər qatıb ocağın üstünə qoyun, jelatin və şəkər tozu əriyənədək qızdırın (qaynatmaq olmaz). Süzün. Formaların içinə paylayın (hündürlüyünün 2/3-nə qədər). Donması üçün soyuducuya qoyun.

Muss: Jelatini 50 ml soyuq suda 10 dəqiqə isladın. Südü ocağın üstünə qoyun, qaynara düşəndə vanilli şəkər tökün. Ocaqdan götürüb 5 dəqiqə saxlayın. Jelatini əlavə edib qarışdırın, xırdalanmış şokolad əlavə edin. Eynicinsli, parlaq kütlə alınanadək çalın.
Qaymağı çalın, soyumuş şokolad mussu ilə qarışdırıb çalın. Ulduz ucluqlu konditer torbasına doldurun. Soyuducudan jeleləri çıxarıb üzərini şokoladlı mussu ilə bəzəyin. Sedra da səpə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri