Portağallı çörək

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 159
Səs ver:
(səs: 0)
Tərkibi (4 pay):
400 q un
50 q + 6 x.q. şəkər tozu
1 paket vanilli şəkər tozu
1 paket quru maya (yaxud 12 q yaş maya)
1/2 ç.q. duz
60 q + 80 q yumşaldılmış kərə yağı
80 ml süd
50 ml su
2 yumurta
2 portağal
150 q kişmiş
1 ç.q. darçın tozu

qlazur:
125 q şəkər pudrası
2 x.q. su

Hazırlanması:
Un, 50 q şəkər tozu, vanilli şəkər tozu, maya və duzu qarışdırıb yumurta əlavə edin.
60 q kərə yağını zəif odda əridin, südlə su əlavə edib ocaqdan götürün. Südlü-yağlı qarışığı unlu qarışığa əlavə edib elastik xəmir yoğurun. Xəmir olan qabı 1 saat isti yerdə saxlayın. Həcmi 2 dəfə artmalıdır.

Portağalları qaynar suda yuyun, sonra qabığını sürtgəcin xırda gözündən keçirin. Kişmişi yuyub sedraya əlavə edin, bıçaqla iri doğrayın.

Gəlmiş xəmiri bir də yoğurub un səpilmiş masada 50x50 sm ölçüdə yayın. Xəmirin üzərinə yumşaldılmış kərə yağı çəkin. Kətəkəsən, yaxud iti bıçaqla xəmiri 6 ədəd 8 sm enində şəridə bölün. Sonra eninə beş dəfə kəsin (8x10 sm ölçüdə düzbucaqlılar alınacaq).
Şəkər tozunu darçınla qarışdırıb bu düzbucaqlıların üzərinə səpin. Üzərinə kişmişlə sedra qarışığını bərabər yayın.

Keks formasını (26x11 sm) yağlayın, un səpin, sonra formanı bir enli kasanın içinə qoyun (çəpəki dayansın deyə). Düzbucaqlıları azca eninə və uzununa dartışdıraraq iki qatlayın. Sonra formanın içinə bir dəfə "tikişi" üzüaşağı, o biri dəfə üzüyuxarı olmaqla üst-üstə düzün. Çox basmayın. Bütün xəmir parçalarını yerləşdirdikdən sonra formanı düz qoyun. Layları əlinizlə düzəldin.

Formanı isti yerdə 15 dəqiqə saxlayın. 175 dərəcə qızdırılmış sobada 30 dəqiqə biqirin. 20 dəqiqə sonra yoxlayın, əgər üzəri çox qızarırsa, folqa çəkin. Hazır çörəyi çıxarıb şəbəkənin üzərində 10 dəqiqə saxlayın, sonra isə formadan çıxarın.

Qlazur: şəkər pudrası ilə suyu çalın, çörəyin üzərinə çəkin. Soyudun.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri