Meyvəli tort..

Müəllif: Dilaycan
Şərhlər: 10
Baxılıb: 6 656
Səs ver:
(səs: 0)
Lazım olan ərzaqlar:
4 ədəd yumurta
1 stəkan buğda nişastası
1 stəkan su
1 stəkan şəkər tozu
2 paket vanil
1 paket qabartma tozu
1 stəkan un
Banan
Çiyələk (meyvələri istəyə görə seçmək olar)

Kremi üçün:
1 stəkan şəkər tozu
5 stəkan süd
1 qaşıq kərə yağı
1 stəkan nişasta
2 paket vanil
1 stəkan un

Hazırlanması:
Süd, şəkər tozu, un və nişastanı bir qazana töküb bişirin. Daha sonra içinə kərə yağı və vanilləri əlavə edib 5 dəqiqə mikserlə çırpın. Kremi soyumağa qoyun.
Başqa bir qaba yumurtaları və şəkər tozunu töküb, köpüklənənə qədər 10 dəqiqə mikserlə çırpın. Sonra qalan ləvazimatları da qatıb çırpmağa davam edin. Qarışımı altına yağlı kağız sərdiyiniz qaba boşaldın. Əvvəldən isitdiyiniz sobada 150 dərəcədə bişirin. Bişəndən sonra sobadan çıxarıb soyumağa qoyun.
Soyuyan keksi eninə 2 hissəyə bölün. Birinci hissəni kremləyib üzərinə banan və çiyələk dilimləri düzün. İknci hissəni bunun üzərinə qoyun. Qalan kremi keksin üstünə və ətrafına sürtüb yenidən meyvələri düzün. Tort hazırdır. Soyuducuda bir qədər saxlayandan sonra servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri