Zəncəfilli bananlı şirniyyat – HAZIRLANMA QAYDASI

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 376
Səs ver:
(səs: 0)
Zəncəfilli bananlı şirniyyat zəncəfilin xüsusi dad verdiyi şirniyyatdır. Aile.lent.az hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:
200 qr şəkər tozu
275 qr qat-qat xəmir
1 sm zəncəfil çubuğu - təmizlənmiş və sürtgəcdən keçirilmiş
4 ədəd banan - nazik doğranmış
2 çay qaşığı süd
Vanilli dondurma

Hazırlanması:
Sobanı 220 dərəcəyə qədər qızdırın.
İlk əvvəl karamel sousunu hazırlayaq: qazanda şəkəri 60 ml suda əridin. Sonra 5-7 dəqiqə rəngi qızılı olana qədər qaynadın. Oddan götürün, rəngini dəyişməyə davam edəcək.
Xəmirdən 6 dairə götürün.
Dərin soba qabına 1 çimdik zəncəfil səpin.
Bir az karamel əlavə edin, üstünə bananı düzün və xəmirlə örtün.
Üzərinə süd çəkin və 20 dəqiqə bişirin.
Karamel isti olduğu müddətdə piroqu boşqaba çevirin.
Dondurma ilə servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri