Qızılgül peçenyeləri - foto-resept

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 5 351
Səs ver:
(səs: 0)
Ərzaqlar:
Xəmir üçün:
Üç yumurtanın sarısı (ağları içlik üçün)
200 ml smetan
200 q yağ
Bir çimdik duz
300-350 qr un

İçlik üçün:

Üç yumurtanın ağı
0,5-1 st şəkər
Vanil zövqə görə

Hazırlanması:
Yumurtanin sarısını ağından ayırıb duz əlavə edirəm, smetan və ilıq yağ ilə qarışdırıram. Un əlavə dib xəmir yoğururam. İki kündəyə ayırıb qida plyonkasına büküb 1-1.5 saat soyuducuda saxlayıram.
Bu vaxt ərzində içliyi hazırlayıram. İçlik üçün ayırdığımız yumurta ağlarını köpüklənənə qədər çalıram və yavaş-yavaş şəkər və vanili əlavə edib bir az daha qatılaşması üçün 5-7 dəqiqə çalıram.

Qızılgül peçenyeləri - foto-resept











Kündəni soyuducudan çıxarıb nazık yayıram və üzərinə içliyi yayıram. Rulet şəklində büküb artıq qalan içliyi təmizləyirəm. İti bıçaqla hissələrə bölürəm və alt tərəfini bitişdirirəm ki, içlik axmasın. 200 C dərəcə sobada 20-25 dəqiqə bişirirəm.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 5 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri