Quru meyvələrlə keks - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 050
Səs ver:
(səs: 0)
Ərzaqlar:
Kərə yağı – 200 qr
Şəkər – 150 qr
Yumurta – 4 ədəd
Kişmiş – 150qr
Kuraqa – 100 qr
Qoz-fındıq – 150 qr
Qara gavalı – 100 qr
Un – 300 qr
Qabartma tozu – 3 ç/q

Hazırlanması:
İlk öncə quru meyvələri isti suda isladıb 15 dəqiqə saxlayırıq. Bu üsulla onlar həm yuyulacaq, həm də yumşalacaq.
Kərə yağını kiçik hissələrə doğrayırıq və şəkərlə qarışdırırıq. Bu qarışıma yumurtanı da əlavə edib qarışdırırıq. Quru meyvələri kiçik hissələrə bölüb qarışıma əlavə edirik. Unu qabartma tozu ilə qarışdırıb qarışıma əlavə edib qarışdırırıq. Alınan xəmir qatı xama konsistensiyasında olmalıdır. Keks üçün formanı yağlayırıq və qənnadı kağızı qoyuruq. Xəmiri formaya töküb 180C dərəcə qızdırılmış sobada təxminən 50 dəqiqə bişiririk. Bişdikdən sonra zövqə görə üzərinə şəkər kirşanı da səpmək olar.

Quru meyvələrlə keks - foto resept








Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri