Qat-qat xəmirdə vişnə - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 518
Səs ver:
(səs: 1)
Ərzaqlar:
Vişnə - 300qr
Nişasta – 1 x\q
Mayasız qat-qat xəmir- 500 qr
Şəkər – 5 x\q


Hazırlanması:
Vişnələri yuyub suyunu süzməsini gözləyirik. Sonra tumlarını çıxarırıq. Üzərinə şəkər səpib 20 dəqiqə gözləyirik ki, şirəsi çıxsın. Nişasta əlavə edib vam odda qarışdıra-qarışdıra qaynara düşənə qədər bişirin. Qatılaşıb kiselə oxşamalıdır. Əgər vişnənin suyu kifayət qədər deyilsə, özünüz su əlavə edin. Ocaqdan götürüb soyumasını gözləyin.
Qat-qat xəmirin donunu açın. Amma bu zaman üzərinə selofan kulok və ya nəm dəsmal qoyun. Xəmiri 5 mm qalınlığında yayın və 6 bərabər kvadrat hissəyə bölün. Hər kvadratın bir küncünə kəsiklər edin və digər tərəfinə 1 x\q içlik qoyun. Xəmirin kənarlarını isladın, və şəkildəki kimi bükün. Soba nimçəsinə su çiləyin və vişnəli qatlamanı düzün. 210C dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin

Qat-qat xəmirdə vişnə - foto resept











Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri