Badamlı pirojna

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 691
Səs ver:
(səs: 0)
Tərkibi:
150 q un
75 q şəkər tozu
2 çimdik iri duz
50 q yumşaldılmış kərə yağı
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
üyüdülmüş badam

Hazırlanması:
Yumşaldılmış yağla duzu qarışdırın. Şəkər tozu əlavə edib mikserlə eynicinsli kütlə alınanadək çalın. Yumurta qırıb bir də çalın. Un qatıb ələ yapışmayan xəmir alınanadək qarışdırın. Ola bilsin ki, göstəriləndən daha çox un gərək olsun (yumurtanın böyüklüyündən asılıdır). Stolun üzərinə bol un səpin. Xəmiri 3-5 mm qalınlıqda yayın. Stəkanla 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxışlar salın. İstəsəniz, üzərinə üyüdülmüş badam səpə bilərsiniz.
180 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə, qızılı rəng alanadək bişirin.
Soyuduqdan sonra süfrəyə verə bilərsiniz. Hermetik bağlanan qabda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri