Merengi və şokoladla alma deserti - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 188
Səs ver:
(səs: 0)
Tərkibi (2-4 pay):
2 alma
8 dilim tünd şokolad
8 ədəd təmizlənib qovrulmuş araxis
2 yumurtanın ağı
3 x.q. (üstsüz) şəkər tozu
şəkər pudrası
limon şirəsi

Hazırlanması:
Almaları yuyub ortadan bölün. Üzərinə limon şirəsi çəkin. Cecəyini çıxarın.

Formanın içinə perqament döşəyib almaları içinə yığın. Cecənin yerindəki çuxura 2 dilim şokoladla 2 araxis qoyun.

200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, almalar yumşalınca bişirin.

Yumurta ağlarını şəkər tozu ilə möhkəm çalın. Yəni qaşıqla götürüb tərsinə çevirəndə axmamalıdır. Azca turş olması üçün çalarkən 1 çimdik limon duzu qata bilərsiniz.

Bezeni qənnadı torbasına yığıb almaların üzərinə sıxın. Yenidən sobaya qoyub merengi qızaranadək bişirin.

Bezenin qalanını perqamentin üzərinə sıxıb balaca merengilər bişirə bilərsiniz.

Süfrəyə verərkən desertin üzərinə şəkər tozu səpin.

Merengi və şokoladla alma deserti  - foto resept

















Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri