Cemli qurabiyə - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 12 091
Səs ver:
(səs: 3)
Ərzaqlar:
Xəmir üçün:
100 qr kərə yağı (otaq temperaturunda)
40 qr şəkər kirşanı
1 yumurtanın ağı (otaq temperaturunda)
1 vanil
160 qr un

İçlik:
1 x\q cem, mürəbbə ( zövqə görə)
0,5 ç/q nişasta

Hazırlanması:
Yumşalmış kərə yağına şəkər kirşanını əlavə edib yaxşıca qarışdırırıq. Otaq temperaturunda olan 1 yumurtanın ağını və vanili də əlavə edib qarışdırırıq. Unu əlavə edib xəmir yoğururuq. Xəmiri ulduz formalı başlıq taxılmış qənnadı torbasına doldururuq və soba nimçəsinə elə də böyük olmayan peçenyelər salırıq. Əgər qənnadı torbası yoxdursa fayl və ya selofan kulokun ucunu kəsib istifadə edə bilərsiniz. Hər peçenyenin ortasında xırda çuxur açıb cem və ya qatı mürəbbədən qoyuruq. Qatı mürəbbə və ya cem yoxdursa adi mürəbbə götürüb bir az nişasta qataraq istifadə edə bilərsiniz. Əvvəlcədən 220 C dərəcə qızdırılmış sobada təxminən 12 dəqiqə qızılı rəng alana qədər bişirik.

Cemli qurabiyə - foto resept





Nuş olsun!
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 12 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri