Çiyələkli-Qaymaq Kremli Tort

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 559
Səs ver:
(səs: 1)

Əvvəllər dükkanlarda satılan Nağıl tortu yadınızdadır? O tortun biskviti bir qədər islaq olurdu. Məncə bunun sirri biskvitin şərbətlə islanmasındadır. Bax elə bu reseptdəki kimi. Nuş Olsun!

Çiyələkli-Qaymaq Kremli Tort
Williams-Sonoma Baking kitabıdan adaptə edilmişdir

 

Tortu  hazırlamaq üçün lazım olanlar:

1 ədəd klassik süngər biskviti
Vanilli tort şərbəti (resept aşağıda verilib)
Qaymaqlı krem  (resept aşağıda verilib)
Təxminən 1 stəkan halqalara bölünmüş çiyələk

Süngər biskviti keçiddə izah olunduğu kimi bişirin. Kənara soyuması üçün qoyun və şərbətlə kremi aşağıda göstərilən qaydada hazırlayın. 


Vanilli Tort Şərbəti
 

üçdə bir stəkan şəkər tozu
üçdə bir stəkan su
yarım limonun suyu (təxminən 3 xörək qaşığı)
1 çay qaşığı vanil ekstraktı (duru vanil)

Balaca qazanda şəkər tozu və suyu qaynadın. Şəkər əriyəndə, qazanı kənara çəkib içinə limon suyu və  vanil ekstraktını əlavə edin. Qoyun kənarda soyusun.

 

Qaymaqlı Krem
1 stəkan yarım soyuq qaymaq
3 xörək qaşığı şəkər kirşanı (pudrası)
yarım çay qaşığı vanik ekstraktı (duru vanil  - zəruri deyil)

İri qabda qaymaq, şəkər kirşanı və vanili mikserlə  kütlə bir az bərkiyənədək  çırpın.


Tortun Yığılması:

Soyumuş biskviti iti bıçaqla ikiyə  bölün. Bir yarısını kəsilmiş tərəfi üstdə olmaq şərtiylə yastı yerə qoyun.

Fırçayla şərbətin yarısını bu biskvitin üstünə çəkin. Kremin yarısından bir az azını üstünə yayın. Bunun üstünə çiyələkləri lay şəklində düzün (çiyələkdən bir neçəsini bəzək üçün saxlayın).

Biskvitin digər yarısını kəsilmiş tərəfi yuxarıda olmaq şərtiylə çiyələklərin üstünə yerləşdirin. Qalan şərbəti fırçayla üstünə çəkin. Qalan kremi bu biskvitin üstünə və tortun kənarlarına çəkin. Tortu çiyələklə bəzəyin. Hazır tortu dərhal soyuducuya qoyun və sərin olaraq süfrəyə vedin.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri