Kəpənək peçenyeləri - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 7 704
Səs ver:
(səs: 2)
Ərzaqlar:
325 qr un
170 qr yağlı pendir
230 qr kərə yağı
2 x/q şəkər
Duz
Zövqə görə cem, və ya qatı mürəbbə
Şəkər pudrası

Kəpənək peçenyeləri - foto resept



















Hazırlanması:
Yağlı pendir (mən smetan istifadə edirəm), yumşalmış kərə yağı, şəkər və duzu qarışdırıb mikserin orta sürəti ilə qarışdırırıq. Sonra sürəti azaldıb unu əlavə edirik. Əl ilə xəmir yoğururuq . Xəmiri 3mm qalınlığında yayırıq bə 6*6 sm ölçüdə kvadrat formada kəsirik. Hər kvadratın ortasına 1 ç/q hər hansı bir (zövqə görə) cem və ya qatı mürəbbədən qoyuruq. Bir-birinə əks olan küncləri səliqə ilə birləşdiririk. Peçenyələri perqment kağızı sərilmiş soba nimçəsinə düzürük və əvvəlcədən 175 C dərəcə qızdırılmış sobada təxminən 12 dəqiqə bişiririk. Hazır peçenyelər tam soyuduqdan sonra üzərinə şəkər kirşanı səpirik.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 7 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri