Kəsmikli və ərikli bulkalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 092
Səs ver:
(səs: 1)
Tərkibi:
Xəmir üçün:
Un - 300 qr
Şəkər tozu - 60 qr
Kərə yağı - 50 qr
Bal - 1 ç.q.
Süd - 75 ml
Yumurta - 1 ədəd
Quru maya - 2 ç.q.
Duz - 1/2 ç.q.
Vanil - 1 ç.q.


İçlik üçün:

Konservləşdirilmiş ərik, 6-8 ərik
Şəkər tozu - 50 qr
Kəsmik - 150 qr
Nişasta - 1 ç.q.
Yumurta sarısı - 1 ədəd

Hazırlanması:

İsidilmiş südün yarısı bal, quru maya və 2-3 qaşıq unla qarışdırılır, üzəri örtülərək gəlməsi üçün 30 dəq. kənara qoyulur.

Yarım saat sonra qabarmış tərkibə yumurta, şəkər tozu, kərə yağı, vanil, südün ikinci hissəsi, un və duz qatılır.

Əvvəl çəngəl ilə, sonra əllə xəmir yoğrulur. uzun müddət yoğurmağa gərək yoxdur. 5 dəqiqə sonra 30 dəqiqə müddətinə isti yerə qoyun. Xəmir gəldikdən sonra 8 yerə ayırıb balaca toplar düzəldilir və yenə kənara qoyularaq üzəri mətbəx dəsmalı ilə örtülür.

İçlik hazırlanması üçün konservləşdirilmiş əriklər dilimlərə ayrılır.

Kəsmik, şəkər tozu, yumurta, nişasta blenderdə qarışdırılır. Çox ləzzətli bir kəsmikli krem alınır.

Kündələr açılaraq içərisinə əvvəlcə kəsmikli krem, onun da üstünə dilimlənmiş ərik qoyulur.

Xəmirin bir ucundan tutaraq bulkalar bükülməyə başlayır.
Sonra bulkaların üzərinə yumurta, yaxud süd, çay çəkib 180 dərəcədə 20-25 dəqiqə bişirilir.

Bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri