Yaş kökə resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 3 779
Səs ver:
(səs: 1)
Materiallar;
1 su stəkanı qarğıdalı nişastası,
2 su stəkanı un,
1 və ya 2 ədəd yumurta,
1 paket qabartma tozu,
4 yemək qaşığı kərə yağı,
2 paket vanil,
1,5 çay stəkanı şəkər kirşanı,
1 ədəd limon qabığı rəndəsi,

Üzəri üçün;
1 su stəkanı şəkər,
1 su stəkanı su.

Yaş Kökənin hazırlanması
Dərin bir qabın içərisinə yumurta və kərə yağını alın, yaxşıca çalın.
Üzərinə kirşanı şəkərini də əlavə edərək qarışdırmağa davam edin.
Vanil, qabartma tozu, nişasta və unu ələyib, qarışığa əlavə edin.
Son olaraq limon qabığı rəndəsini də əlavə edərək, qurabiyə xəmirini yoğurun.
Yumşaq bir xəmir əldə edənə qədər bütün materialları yaxşıca yoğurun.
Xəmirdən qozdan bir az daha kiçik olacaq şəkildə parçalar qopardın və yuvarlayın.
İstədiyiniz şəkildə nimçəyə düzərək, 170 dərəcədə əvvəlcədən qızdırılmış sobada 25 dəqiqə bişirin.
Kökələr bişəndə su və şəkəri bir qabda qaynadın.
Sobadan çıxan isti kökələri, hazırlamış olduğunuz şəkərli suya batırıb çıxarın.
İstəsəniz üzərinə hindistan qozu səqə bilərsiz.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri