Heyva sevərlərə xüsusi şirniyyat RESEPTİ

Müəllif: Barbaris
Şərhlər: 9
Baxılıb: 2 796
Səs ver:
(səs: 1)
Heyva sevərlərə xüsusi şirniyyat RESEPTİ
Qışda ən çox sevilən şirniyyatlar arasında heyva şirniyyatı xüsusi yer tutur. Ailem.az sizə ləzzətli heyva şirniyyatının reseptini təqdim edir.

Lazım olanlar:

5 ədəd heyva
1 stəkan yarım şəkər tozu
4 ədəd mixək
1 ədəd çubuq darçın
2 stəkan su

Hazırlanması:

Əvvəlcə heyvaları yuyun. Qabıqlarını soyub ortadan iki yerə bölün və dənələrini çıxarın. Ortasını oyun, amma atmayın. Bir ləyəndə heyvaların boyunu keçməyəcək qədər su tökün və 15-20 dəqiqə qaynadın. Qaynatdığınız heyvaları dərin bir soba qabına yığıb, üzərinə şəkər tozu, darçın, mixək və suyu əlavə edib, əvvəlcədən isidilmiş 150 dərəcəlik sobada 25-30 dəqiqə bişirin. Yumşalan heyvaları sobadan çıxarıb, qaymaq və ya fındıqla servis edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri