Tərkibi:
Yumurta-4ədəd
Şəkər tozu-1st
Süd-0,5st
Duru yağ-0,5st
Un-1,5st
Hazırlanması:
Yumutanı mikserlə çalırıq.Sonra şəkər tozunu da töküb yenə mikserlə qarışdırırıq.Daha sonra süd yağ da tökülüb qarışdırılır.Ən sonda isə unu töküb qaşıqla qarışdırırıq.170-180dərəcədə bişiririk.Bişirdikdən sonra tam soyumasını gözləyirik.Sonra içini ovub çıxarırıq.İçindən çıxan biskviti qatılaşdırılmış süd və qozla qatıb təzədən qarışımı ovduğumuz yerə təkrar yığırıq.Üstünədə zövqə görə qlazur vurulur.