Yeni il ab-havasını geyimlərdə hiss edək

Müəllif: Fialka
Şərhlər: 14
Baxılıb: 3 979
Səs ver:
(səs: 5)
Yeni il bayramına artıq çox az vaxt qalıb. Ənənəvi bayram rəmzləri, yeni il yeməkləri, hədiyyə seçimindən əlavə, bayram ab-havası geyimdə də hiss olunmalıdır.
Təqdim etdiyimiz köynəklər, demək olar ki, özündə bütün Milad rəmzlərini və rəngləri birləşdirir. Yerli və xarici ulduzlar arasında da bu köynəkləri seçənlər az deyil.  
 
Ağ-qara klassikadır
Bayram simvollarının əks olunduğu ağ-qara sviterlər bir qayda olaraq Yeni İl ərəfəsində dəbə minir. Onlar nəinki yeni il əhval-ruhiyyəsi yaradacaq, həm də şaxtalı hava üçün ideal olacaq. Ağ-qara klassikadır, amma unutmayın ki, bu il kişisayağı geniş sviterlər daha aktualdır.
 
Xəyalpərəst və praqmatiklər üçün
Hazırda heyvanların şirin fotoları heç vaxt olmadığı qədər aktualdır. Dizaynerlər də heyvanların həm romantik, həm də istehzalı fotolarını fikirləşib tapırlar. Əlbəttə ki, sviterlər qırmızı rəngdə olmalıdır!
 
Maral təsvirləri
Üstündə maral təsvirləri olan sviterlər hər kəsin sevimlisidir. Gözəl əhval-ruhiyyə yaratmaq üçün maralların ən gülməli fotoları əks olunmuş sviterləri seçin və öz yumor hissinizi göstərin.
 
Aksessuarlar
Bu il yeni simvollarla işlənmiş papaq və şərflər də dəbdədir. Bayram əhval-ruhiyyəsinə köklənmək üçün belə bir dəst almaq vacibdir.

 

 

 

 

(səs: 5)
Şərhlər: 14
Baxılıb: 3 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri