Cins şalvar seçərkən nələrə diqqət etməliyik?

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 4 151
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Günün hər anı üçün edəcəyiniz gözəl kombinlərlə geyə biləcəyiniz ən sevdiyiniz rahat paltar hansı deyilsə bir çoxunuz cins deyə bilərsiniz. Bəli, həqiqətən cinslər gündəlik geyimin və qarderobun əvəzolunmazıdır.Şalvar alarkən diqqət etməyiniz lazım olan ən önəmli meyar parçanın keyfiyyəti və bədən tip uyğun bir model seçə bilməkdən keçir.Sizə yaraşacaq bir şalvar almaq üçün diqqət ediləcək püf məqamlar nələrdir? İşinizə yarayacaq ipuclarını sizin üçün hazırlamışıq.
Doğru bir cinsə sahib olmaq üçün diqqət etməyim lazım olan ən əhəmiyyətli nöqtə nə desəniz şalvarın üzərinizə tam oturması deməkdir.Şalvarın üzərinizə tam oturduğunu anlamaq üçün bud tərəfdən oturub oturmadığına, oturub qalxarkən, yeriyəndə içində rahat edib-etmədiyinizə baxın.

Uzun saatlar üzərimizdə olan bir şalvar ilə rahat olmaq istərdik, elə deyilmi?

Şalvarınızı almazdan əvvəl mütləq tikişlərinin düzgün olub olmadığına nəzarət edin.

Böyük budlara sahibsinizsə budlarınıza diqqəti çəkəcək və budları olduğundan daha böyük göstərəcək modellərdən uzaq durasınız təklif edirik. Cibləri bir-birinə yaxın nizamlanmış bir cins budları daha kiçik göstərdiyindən tam sizə görədir.Əksinə, budlarınız kiçikdirsə arxa cibləri daha yuxarıda dayanan cibli şalvarlara yönəlin.
Bud qisminiz genişdirsə skinny şalvarlardan uzaq durasınız təklif edirik.
Cins alarkən həm gündüz, həm gecə geyə, bir çox tərzdə kombinin görə bir cinsə yönəlmək eyni şalvarı fərqli kombinler edərək geyə bilmənizi təmin edir. Tünd rəng cins şalvar hər zaman daha klassik dayanır.
Məsələn, ipək bir köynək və dabanlı ayaqqabı tünd göy rəngdə bir cinsdə olduqca qəşəng bir kombin yarada bilər. Tünd rəng cins şalvarınızı idman bir gödəkcə ilə də kombin edə bilərsiniz. Boyfriend jeanler isə həftə sonu üçün ideal bir seçimdir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri