Qarderob ayaqqabıdan başlamalıdır.Yəni ayaqqabı almazdan əvvəl moda jurnallarını diqqətlə oxuyun.Adətən qadınlar aksessuar alarkən bir-iki mövsüm gecikirlər.Belə bir psixoloji məqam da var.Ayaqqabı seçərkən düşünürük ki,bəlkə də ən gözəli bu deyil,amma rahatdır.Əgər özünüzü bu dərəcədə sevmirsinizsə ,o zaman sizi kim sevəcək?Dəbdə olan və olduqca rahat,istənilən zövqə və imkana uyğun ayaqqabı həddən ziyadə çoxdur.Sadəcə, özünüzə münasib ayaqqabını tapmaq üçün bir az vaxt lazımdır.Onu da nəzərə alın ki,qadının ayaqqabısına nəzər salmaqla haqqında hər şeyi anlamaq mümkündür!
1. Qarderobda bej rəngində ayaqqabılar mutləq olmalıdır.Onlar istənilən geyimlə uyğun gəlir,üstəlik, ayaqları vizual olaraq uzun göstərir.. Bir neçə ağ köynək...Kişi köynəyi tipində,bədənə kip oturan köynəklər gözəl sinəni,yançaqları və incə beli xüsusilə nəzərə çarpdırır.
4. Yadınızda saxlayın ki, ayaqqabıda kəmərciklər ayağı qısa göstərir.Klassik qayıqvari ayaqqabılar, əksinə, bədəni sanki uzadır.Boyu balaca olan qadınlar bunu xüxusilə nəzərə almalıdır.
8.Yadda saxlayın ki, üst geyim həcmli və ağırdırsa, alt geyim yüngül olmalıdır.
9.Effektli görkəm almaq üçün dekolte zonasını açın,əyində yaxşı oturan şalvar hesabına ayaq xəttini uzadın və maraqlı aksessuarlar əlavə edin.İri gün eynəkləri və açıq rəngli ipək yaylıq gündəlik klatçla uğurlu görünür.
10.Beli aşağı salınmış dəbdə olan şalvarlardan qorxmaq lazım deyil.Belə şalvarın ayaqları qısa göstərməsi barədə yayılmş fikrin əksinə olaraq, əyində yaxşı oturur və insanı qamətli göstərir.
11.Dizdən bir qədər aşağı olan,yerişi azacıq çətinləşdirən ətək geyinməklə Merilin Monronun cazibədar şux yerişini təkrarlaya bilərsiniz.
12.Açıq rəngli, məsələn, bej rəngli ətəklər qədd-qamətli və uzunayaqlı qadınları cazibədar göstərir.
13.Ətrafdakıların diqqətini cəlb etmək asandır.Dodaqlara parlaq boya çəkmək, iri gün və ya qış eynəkləri taxmaq və açıq rəngli çanta götürməklə buna nail ola bilərsiniz.Əsas diqqəti ayaqqabı və çanta, bəzək sancağı və yaylığa yönəldin.