Versus Versace yaz-yay 2015 kolleksiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 374
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Nyu-York moda həftəsi çərçivəsində Linkoln mərkəzində Entoni Vakkarellonun Versus Versace üçün yaratdığı yaz-yay 2015 kolleksiyasının nümayişi baş tutub.

Gənc italiyalı dizaynerin işləri provokativ və üsyankar əhval-ruhiyyəsi ilə seçilir. Vakkarellonun sözlərinə görə, o, Donatella Versace ilə çalışmaqdan zövq alır: "Bu kolleksiya mənim gözümdə Versus qızın necə göründüyünü əks etdirir və ilk Versus kolleksiyaları barədə xatirələrim əsasında hazırlanıb. Donatella ilə çalışmaq mənim üçün olduqca xoşdur. O mənə böyük yaradıcılıq azadlığı verir və printlərdən istifadə etməyi öyrənir. 
Donatella Versace isə Entoninin moda evinin dəst-xəttinə sadiq qaldığını bildirib: "Vakkarellonun Versus Versace üçün kapsul kolleksiyasını çox bəyənirəm. O, brendin həssas və üsyankar əhval-ruhiyyəsini əla ifadə edib". 
Kolleksiyada düzbucaqlı kəsikləri olan geyimlər, ənənəvi yunan ornamenti ilə hazırlanmış bluzkalar, kombinezonlar, stilli bleyzerlər, boş sarafanlar, o cümlədən dəri məhsullar, yeni interpretasiyada klassik printlərli futbolkalar, sviterlər və ciddi biçimli köynəklər var.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri