Street style ulduzu: Barbara Martelo

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 231
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Street style xronikalarını izləyənlər üçün Barbara Martelo tanış simadır.

İspaniyada doğulan Martelo Pontificia Universitetində hüquq üzrə təhsil alsa da, moda sahəsində işləyib. Karyerasına İspaniyanın "Telva" dərgisində stilist kimi başlayan Martelo tezliklə "Vogue" jurnalının İspaniya nəşrində yer alıb.
 
 

Əkiz övlad anası olduqdan sonra "Vogue" və "Vanity Fair" kimi jurnallarla əməkdaşlıq edir. Martelo zərif bədən quruluşu, canlı saçları, makiyajsız siması və yaratdığı "rok-şıqlığı" ilə çoxlarının sevimlisinə çevrilib. 
 
 

 Buro 24/7 Azerbaijan ispan Barbara Martelonun stilinin əsas detallarını təqdim edir:

Skinni şalvarlar
Martelo incə və uzun ayaqlarına qüsursuz yaraşan skinni şalvarları bəzən dizə qədər olan çəkmələrlə, bəzən də səndəllər, dəri butsla geyinir.

 
Mini ətək
Martelo heç vaxt uzun ətək geyinmədiyini və bundan sonra da geyinməyəcəyini bildirib. Haqsız da sayılmaz. Qısa paltarlar onu olduqca zərif göstərir. Martelo qışda da qısa ətəklərindən vaz keçmir.


 
"Lace-up" səndəl
Mini ətəklər və paltarlarla uyğunlaşdırdığı "lace-up" səndəllər Barbara Martelonun stilinin əsas detalıdır. Ən sevimli ayaqqabıları isə "Alaia" markasındandır.


 
Gödəkçə
"Balmain" brendinin çiyinləri qabarıq pencəkləri, biker-dəri, smokinq, bəzən də sadə minimal gödəkçələri Barbaranın əynində tez-tez görmək olar.

 
 

 
Printlər və xəzlər
Odri Hepbern kimi Martelo da animal printləri çox sevir. Xəz kürklər və printlərlə zəngin paltolar onun qarderobunun ayrılmaz hissəsidir.

 

 

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri