2011-ci ilin pencək dəbi geyimləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 13 371
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
Qarderobun rahat və dəbli predmeti olan pencək demək olar ki, aparıcı dünya dizaynerlərinin hər kolleksiyasında yer alır. 2011-ci ilin yeni kolleksiyalarında dizaynerlərin pencəkləri müxtəlif modellərdə - rəngli, eyniçalarlı, birdüyməli, ikidüyməli, uzun və qısa formada təqdim edirlər. Dəbli rənglər qara, boz və qəhvəyidir, göy və xakidir. Bu mövsüm dizaynerlərin əsas fikri qadınları ekstravaqant göstərməkdir. Məhz buna görə 2010-2011 payız/qış dəb kolleksiyasının əsas mövzusu konservativliyə, daha dəqiq zərif üsluba qayıdışdır. Məşhur dizaynerlər yeni ildə klassik işgüzar kostyumu xatırlamağı təklif edirlər: ənənəvi yubka-karandaş və bədənə kip oturan, bel hissəsi iri sancaqlı kəmərlə vurğulanan pencəklər.

Qısa
Qısa pencəklər fəslin dəbli tendensiyasıdır. Belə pencək demək olar ki, istənilən geyimlə əla uyğunlaşır - ideal "ofis" ansamblı yaratmaq üçün yubka-karandaşla, cins və donla gözəl görünər. Yeni ildə dizaynerlər qısa pencəyi uzun top və qalın leginslə geyinməyi məsləhət görürlər. Bəzi dizaynerlər 90-cı illərin üslubuna qayıdaraq qısaqol və ya qolu qatlanmış pencəkləri şort və köynəklə uyğunlaşdırmağa üstünlük verirlər.

Klassika
Əvvəlki kimi klassik üslubda pencəklər aktualdır. Belə penjəklərin uzunluğu əsasən belə qədər olur. Bu fason yeni ildə çox populyar olacaq. Klassik ingilis yaxalığı ən dəbli trenddir. Ümumiyyətlə, unutmayın ki, klassika heç zaman dəbdən düşmür. Buna görə yeni mövsümdə beləsini almaqla uduzmayacaqsınız. Ən əsası isə pencəkdə müxtəlif dekor elementlərinin olmasıdır. Klassik pencəyi qarderobunuzun digər elementləri ilə rahat uyğunlaşdıra bilərsiniz.

Ekstravaqant tvid
Belə pencəklər həm ciddi, eyni zamanda çox intimual görünür. Ümumiyyətlə, payız və qış üçün ən yaxşı geyim növü tvid pencəkdir. Tvid pencəkdə özünüzü rahat, zərif və eleqant hiss edəcəksiniz. Tvid hazırda qadınların ən çox üstünlük verdikləri parçadır. Məhz bu parçadan ciddi, həm də cəlbedici kostyumlar tikilir. Belə pencəkdə diqqətdən kənarda qalmayacaqsınız.

Hərbi üslub
Yeni ildə hərbi üslubda olan pencəklər yenə də dəbin zirvəsində olacaq. İstisnasız bütün modellər bədənə kip oturan və iri metal düymələrlə bəzədilmiş olmalıdır. Militari pencəklərə xas rənglər xaki, tünd-göydür. Həmçinin bəzi dizaynerlər hərbi üslubda dama-dama pencəklər də təqdim edirlər. Dizaynerlər yeni mövsümdə pencəkləri yun şort və şalvarla geyinməyi məsləhət bilirlər. Zərif görünmək istəyənlər isə uzun, yəni baldırın ortasına qədər olan don və yubkaya üstünlük versinlər
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 13 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri