Baharın ən zərif trendini qarşılamağa hazır olun

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 883
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)
XIX əsrdə Avropada populyarlığının pik nöqtəsinə çatmış krujeva trendi artıq bir neçə mövsümdür ki, öz aktual mövqeyini heç nəyə vermir. Heç bir moda həftəsi fransız krujevası, Venesiya tülü və irland gipürü olmadan keçmir. "Oscar de la Renta”, "Gucci”, "Valentino” "Burberry”, "Elie Saab” kimi moda evləri hər kolleksiyasında bir qayda olaraq krujevadan istifadə edir.
 
Əgər krujevalı don, köynək və ya ətəyiniz yoxdursa, onda bu trendi qarderoba əlavə etməyin əsl zamanıdır.
 
Krujeva don
Stilist və dizaynerlər krujeva donları digər geyimlərlə birləşdirməyi təklif edir. Donun fasonu və biçimi nə qədər sadə və yüngüldürsə, onu  başqa üslublarla uzlaşdırmaq bir o qədər asan başa gəlir. Adətən, dəb ilahələri belə donu klassik stiletto, leofer, həmçinin, cins və ya dəri pencəklə, eləcə də, yun jaketlə uyğunlaşdırır. Əgər gündəlik obraz yaratmağa qərar vermisinizsə, o halda, belə libasları idman, üstüaçıq ayaqqabı və kltaçla birləşdirib rahat ansambl düzəltməyi təklif edirik. Lakin yadda saxlayın ki, krujeva özündə müxtəlif fakturaları birləşdirdiyi üçün mürəkkəb materialı ilə kifayət qədər seçilir. Bu səbəbdən, krujevanı yalnız təntənəli axşam dəvətləri üçün qoruyub saxlamaq yaxşı olardı.
 
Krujeva ətək
Krujeva ətəklər  mövsümün ən dəbli trendlərindən biridir. Ətəyin fasonunun klyoş, qələm, düz, uzun və ya qısa olmasından asılı olmayaraq, onlar romantik obrazın yaradılması üçün ən yaxşı variantdır. Krujeva yubkalar sadə biçimli köynəklər - toplar, bluzalar və sviterlərlə əla uzlaşır. Karandaş ətək kimi universal modellər həcmli sviter, kişi köynəyi ilə ideal qalır, axşam çıxışları üçün asqılı şifon maykalarla mükəmməl uzlaşır. Ayaqqabılara gəldikdə, müasir dəb qaydaları belə ətəyi baletka, stiletto, sliper və ya dikdabanla geyinməyə icazə verir.
 
Krujeva köynək
Krujeva köynəklər də eyni ilə ətəklər kimi maksimum sadə biçimli geyimlə asanlıqla uzlaşır. Bu geyim də haqlı olaraq, qarderobun ən lazımlı əşyaları siyahısında yer alır. Onun köməyilə işgüzar, romantik və ya klassik üslublarda bir çox maraqlı obrazlar yaratmaq olar. Klassika təəssübkeşi pərəstişkarları üçün dizaynerlər bluz təklif edir, müasirlik axtarışında olanlar isə bahar obrazını alt paltarı tipdə tikilmiş toplarla tamamlaya bilər. Krujeva mayka və topları isə istər cins, istərsə də klassik şalvarla dəstləşdirmək mümkündür.
 
Krujeva jaket
Krujeva jaket kokteyl və axşam paltarları ilə uzlaşan gözəl alternativdir. Bu jaketlər sadə biçimli, heç bir dekorasiya elementləri olmayan dar ətək və ya şalvarla  da yaxşı görünür. Bəzəklərin çox olması bütün bu obrazı korlaya bilər.

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri