Mango tarixi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 039
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 2)
İspan moda markası olan "Mango" 1984-cü ildə İsaak və Nahman Ardik qardaşları tərəfindən yaradılmışdır. Əslində, qardaşların ideyası onların şəhərində - Barselonada gənclər üçün parlaq və maraqlı geyimləri ilə seçilən maqazin açmaq olmuşdur. Maqazin gənclərin xoşuna gəlmiş və qardaşlar ona uyğun ad fikirləşməyi qərara almışlar.

Əfsanəyə görə, İsaak bir dəfə bir tropik meyvənin dadına baxır və meyvənin dadı o qədər xoşuna gəlir ki,yeni markanın adını məhz belə adlandırmaq qərarına gəlir. Sonrakı illərdə Mangoya diqqət və sevginin artması nəticəsində o əvvəlcə İspaniyada, daha sonra Arvopada və nəticədə bütün dünyada məşhur olur. Hal-hazırda da Mangonun dünyanın 80 ölkəsində mindən çox maqazini vardır. 2010-cu ildə Mangonun "Mango Touch" adlı silsilə maqazini fəaliyyətə başladı ki, burada da çanta, ayaqqabı, bəzək əşyaları və saatlar alıcılara təqdim olunur.

Müxtəlif illərdə Mangonun reklam kompaniyalarında Naomi Kempbell, Karolina Kurkova, Mila Yovoviç, Penelopa Krus oynamışlar. 2011-ci il payız-qış, yaz kolleksiyasında isə Mangonun yeni üzü Skarlett Yohansson olmuşdu
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri