Gəlinlik seçərkən bunlara diqqət edin!

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 3 106
Səs ver:
(səs: 0)
Gəlinliyiniz, həyatınızın ən əhəmiyyətli günü üçün alacağınız geyimdir və buna görə də mükəmməl olmalıdır. Doğru gəlinliyi seçmək üçün diqqət yetirməniz lazım olanlar…

Gəlin paltarı axtarışına nə vaxt başlamalıyam?

Əgər mümkünsə toyunuzdan səkkiz ay və ya bir il əvvəl bu mövzunu düşünməyə başlayın. Bu zamannan daha əvvəl başlamaq yeni kolleksiyaları qaçırmanıza səbəb ola bilər.

Gəlin paltarılarını primerka etməzdən əvvəl nə istdədiyimi təyin etməliyəmmi?

Danışdığınız satış məsləhətçisinə görüş təyin edərkən, mümkün olduğunca nə istədiyinizə dair məlumat verin. Əgər bilmirsinizsə narahat olmayın! Xoşunuza gedən modellərin şəkillərini yanınızda aparın amma yenə də sınaqlara başlayana qədər modellər mövzusunda açıq fikirli olun.

Gəlinlik seçiminə kimlə getməliyəm?

Əgər gəlinlik seçiminə kimləsə gedəcəksinizsə bu inandığınız bir rəfiqəniz, ya da bir qohumunuz olmasına diqqət yetirin. Nə geyməniz lazım olduğu mövzusunda gərəyindən çox fikir eşitmək sizin fikirlərinizi qarışdırıb, canınızı sıxa bilər. Ayrıca seçdiyiniz gəlinliyi gizli tutmaq, böyük gününüzün sürprizi olaraq qala bilməsi baxımından da əhəmiyyət daşıyır.

Gəlin paltarı axtarışına getməzdən əvvəl az da olsa kilo verə bilərəmmi?

Əgər toyunuz üçün bir az kilo vermək istəyirsinizsə, bunun gəlin paltarı axtarışınızı gecikdirməsinə icazə verməyin, çünki bəzi paltarların hazırlanıb təslim edilməsi üçün kifayyət qədər zaman qalmaya bilər. Mağazadakı mütəxəssislərin sınaq paltarlarının sizin üzərinizdə yaxşı dayanması üçün istifadə edəcəyi taktikalara güvənə bilərsiz.

Gəlin paltarını sınayarkən xüsusi alt paltarı geymək lazımdırmı?

Solğun ya da dəri rəngində alt paltarı geymək daha yaxşı bir görünüş yaradır. Satış məsləhətçisindən sizi bu mövzuda istiqamətləndirməsini istəyə bilərsiniz. Onların sahib olduqları məlumatlar sizə fayda verəcək.

Gəlinliyimin təslim verilməsi nə qədər vaxt alar?

Təslimat müddəti dizaynerə və ilin hansı zamanında olduğunuzdan aslı ola bilər, ancaq bu müddət ümumiyyətlə 12 – 24 həftə arasındadır. Bəzi dizaynerlərin, zaman baxımından çətin vəziyyətdə olan insanlar üçün gəlinliyi daha qısa müddətdə hazırladıqları “tələsik xidmətləri” vardır. Ancaq, bu zaman əlavə ödəniş etməniz lazımdır.

Edilən işlər paltar qiymətinə daxildirmi?

Bəzi mağazalarda işlər qiymətə daxildir, bəziləri müəyyən bir iş paketi meydana gətirib bunu fiks bir qiymətə daxil edirlər, bəziləri də gəlinliyə və nəyin dəyişdirilməsi lazım olduğuna görə hər iş üçün ayrı-ayrı qiymət təyin edirlər.

Ödənişi necə ödəyə bilərəm?

Bir çox mağaza sifariş almazdan əvvəl bir miqdar beh verilməsini istəyir. Bu ümumiyyətlə cəmi qiymətin yarısı nisbətində olar. Gəlin paltarı təslim edildiyində qalan miqdar ödənir. Bir çox mağaza kredit variantınıda təqdim edir.

Gəlinliyimi götürdüyüm zaman onu evdə nə şərtlərdə saxlamalıyam?

Ümumiyyətlə gəlinliyiniz toy gününüzdən bir-iki həftə əvvəl sizə təslim edilir. Mağaza təmsilçisi sizi gəlinliyinizi necə, harada saxlamağınız barədə məlumatlandıracaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri