"İrada” brendi "İçimizdəki xoşbəxtlik” adlanan nigah kolleksiyasını təqdim etdi. Brend ən özəl günündə incə və təkrarolunmaz görünmək istəyən xanımlar üçün ideal seçimdir. Bütün kolleksiya romantika, dəbdəbə, zəriflik və sadəlik üzərində yaradılmışdır.