Dama-dama yenə aktualdır

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 5 686
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 4)
Çiçəklərin, əsrarəngiz təbiətin gözəlliyi yay geyimlərində öz əksini tapır. Odur ki, çiçək naxışları bu mövsümün də trendidir. Lakin yay trendləri bununla bitmir. Həndəsi naxışlı, dama-dama parçalar da isti havalarda öz aktuallığını qoruyub saxlayır.

Bəs, dama-dama naxışların hansı rəngləri dəbdəddir?

Dama-dama köynəklərə gündəlik geyim kimi yay aylarında daha çox üstünlük verilir. Onların əsas üstünlüyü ondadır ki, həm cins, həm də klassik yubka və ya şalvarla əla uyğunlaşırlar.

Bu naxış özünü daha çox idman və "casual” üslubunda göstərir. Halbuki dəri yubka və şortlarla seksual, olduqca qəşəng obraz yaratmaq mümkündür.

Dama-dama naxışlar müxtəlif ölçülərdə olduğu kimi, rəng çeşidi də genişdir. Sadəlik tərəfdarları ağ-qara, qırmızı-ağ rəngləri seçir. Gənc nəslin nümayəndələri isə çəhrayı-ağ, yaşıl-ağ, sarı-ağ, mavi-ağ rənglərə üstünlük verirlər.

Kök xanımlar da dama-dama trendi ilə ayaqlaşmaq istəyirlərsə, bu zaman damaların xırda olmasına fikir verməlidilər. Çünki iri xanalar bədən quruluşunu kök göstərir.

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri