Sevgililər günündə unudulmaz olmaq istəyirsinizsə...

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 4 595
Səs ver:
(səs: 5)
"Müqəddəs Valentin" günü yaxınlaşır. Bu ərəfədə gözəl görünmək istəyən xanımları bir sual düşündürür: "Görəsən, nə geyinim?”
 
Qırmızı ehtiras və şəhvət rəngi olduğu üçün bu rəngli paltar ən uğurlu variant olacaq. Həm də qırımızı don geyinmiş xanımın diqqətdən kənar qalması mümkün deyil. Bu, hər zaman gözəl, yaddaqalan, nəcib və cəlbedicidir.
 
Bundan başqa, başdan-ayağa qırmızı geyinmək 2016-cı ilin ən cəlbedici dəb tendensiyasıdır.
 
Qırmızı paltarı nə ilə geyinməli?
Qırmızı donu eyni rəngdə dikdaban ayaqqabı və çanta ilə tamamlayın.
 
Qırmızı rəngin fonunda qızılı aksesssuarlar gözəl görünür.
 
Qara kəmər və eyni rəngdə hündürdaban ayaqqabılar sizi daha qamətli və valehedici göstərəcək.
 
Ağ mirvarilər qırmızı donun cazibəsini yumşaldıb obrazın romantik alınmasına yardım edəcək.
 
Qırmızı obrazda rəngli aksessuarların - əlvan çanta, rəngarəng vintaj sırğaların da öz yerini tutmağa tam hüququ var.
 
Dəstin qüsursuz və unudulmaz alınmasında  sadəlik və zövqlə seçilmiş yığcam aksessuarların da payı böyükdür.

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 4 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri