Milli batil inanclarımız

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 886
Səs ver:
(səs: 0)
İnsanların fərqli batil, gülməli, mifik inancları olur. Bu inanclar onları bir qədər fərqli yönləndirir, nələrəsə inanır və buna müvafiq olaraq həyatlarını yönləndirirlər. Azərbaycanlılar arasında da ilginc batil inanclar var. Hamıda olmasa da, bəzilərində aşağıda sadaladığımız bəzi batil inanclar güclüdür.

Qadinla.com milli batil inanclarımızı təqdim edir:

- Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.

- Fala baxdırmaq.

- Türbələrdə şam yandırmaq, parça bağlamaq.

- Göz muncuğu taxmaq. Bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.

- Bayquşun ulamağından pis mənalar çıxarmaq.

- Türbələrdə toyuq kəsmək.

- Yoldan dovşan keçdi deyə geri qayıtmaq.

- Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.

- 13 rəqəminin uğursuz sayılması.

- Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.

- Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.

- Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.

- Bir evdən ölü çıxsa, o evdəki su qabları boşaldılır. Boşaldılmasa, o evdən yenə ölü çıxa bilər kimi batil inanc var.

- Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.

- Arzu tutub hovuzlara pul atmaq.

- Ovucun içi qaşınanda pul gəlirmiş.

- Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.

- Gecə ev təmizləmək kasıblıq gətirirmiş.

- İtin hürməyindən məna çıxarmaq.

- Pilləkənin altından keçməmək.

- Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.

- Qurban kəsilən heyvanın qanını alının ortasına sürtmək.

- Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.

Suya daş atmaq olmaz, yeni evə köhnə evin süpürgəsi aparılmaz...

Gülüş doğuran bu batil inanclar bəzi insanların həyatında mühüm rol oynayır. Həyatlarını bu inanclar üzərində idarə edirlər. Bu inancları ciddiyə almayıb həyatımızı ağılla idarə etmək daha məqsədəuyğundur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri