Novruzda yumurtanın rolu

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 180
Paylaş:
Səs ver:
(səs: 0)
Novruz Bayramının əsas atributlarından biri də Yumurtadır. Çox qədimlərdən bir çox xalq yumurtanı həyatın, canlılığın rəmzi hesab etmişlər. İnsanların etiqadına görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər.

İbtidai təsəvvür və etiqada əsasən, yumurta ulu tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq, odla mənalandırılır. Yumurtanın dairəviliyi və qabığı — torpağı, pərdəsi — havanı, ağı — suyu, sarısı — odu simvollaşdırır. Məhz bu əlamətlərinə görə, yumurtadan bir çox bayram və mərasimlərdə istifadə etmişlər.

Yumurta boyamaq çox qədim adətdir. Qədim azərbaycanlıların çərşənbələrdə və Novruz Bayramında qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir. Yumurtanın nə rəng boyanması da fəsillərdən xəbər verir. Qırmızı rəngə boyanmış yumurta — yayı, yaşıl (göy) rəng — yazı, sarı — payızı, heç rənglənməmiş yumurta isə qışı bildirir.

Yumurta ilə bağlı indiyədək gələn adətlərimiz sırasında ən məşhuru Yumurta Döyüşdürmədir. Gənclər və uşaqlar arasında sevilən əyləncəli oyunlar biridir. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurulub bərkliyi yoxlanılır. Bu, “yumurta dadma” adlanır. Kimin yumurtası bərk olursa, o da qalib gəlir.

Belə bir həqiqət var: Yumurta uzun müddət saxlansa su və karbordioksit itkisi səbəbiylə çəkisi azalır. Biz bunu aldığımız məlumatlardan öyrənsək də, nənə-babalarımız bunu həyat təcrübələrindən bilirdilər. Bayram yumurtasını bir neçə gün xonçada saxlamaq adəti də elə o vaxtlardan qalmışdır. Bayram yumurtasının çəkisi azaldıqca bizim də üzərimizdə olan ağırlıqların azaldığını düşünürdülər.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 180
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
novruzun en gozel adetleri
2 oktyabr 2018 09:34
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Men hec boyamamisam sadece nakleka ile bilirem.Bildiyim qederi ile sogan suyu ile edirler
1 oktyabr 2018 22:11
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
Cema_Axodova
Sitat: AYCA
Sevirəm novruzda yumurta boyamağı

Sevirem mende en coxda adlarimizi yazmaqi
1 oktyabr 2018 21:31
2
p.s
Offline
AYCA
Sevirəm novruzda yumurta boyamağı
1 oktyabr 2018 21:28
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri